Ayılar haqqında məlumat

Job ID: 39077908

Budget: $15 – $25 USD

Ayıkimilərin 8 növündən biri Afrikada, biri Avropa, Asiya və Şimali Amerika meşələrində, bir neçə növü isə Asiya və Cənubi Amerikanın subtropik və tropik meşələrində yaşayır. Ayılar ağır bədəni, güclü caynağı, uzun köpək dişləri və iri başı olan nəhəng canlılardır.


Ağ ayılar bu silahlardan suitiləri öldürmək, bəzən kökləri qazıb çıxartmaq, qabıq soymaq, bambuk bitkisini parçalamaq və arı pətəklərini açmaq üçün istifadə edirlər. Ayılar bitki, həşərat, bal və ətlə qidalanırlar.
İri pandalar bambuk, eynəkli ayı meyvə və fındıq, yekədodaq (qubaç) isə həşəratlarla qidalanır. Diş və caynaqlardan savaş, nəslin müdafiəsi və insanlara hücum etmək üçün istifadə edirlər.


Boz ayı
Nisbətən yaxın keçmişdə İngiltərə və İrlandiya daxil olmaqla, demək olar ki, bütün Avropada, Şimali Afrikanın Atlas dağlarında, Asiyanın şimal yarımhissəsində, Şimali Amerikada məskunlaşmışlar. Hazırda bu ayı Qərbi Avropada az miqdarda qorunub saxlanmışdır. Çəkisi 750 kq-a, bədəninin uzunluğu isə 2,5 m-ə qədər olan ayılara da rast gəlinir.


Bu ayılar, əsasən, meşəliklərdə, hərdən meşəsiz dağlarda və yaylalarda məskunlaşmışlar. Ağaclara yaxşı dırmaşa bilirlər. Qışda isə qış yuxusuna gedirlər. Əsasən meyvə və giləmeyvə, qoz, yaşıl bitki, həşərat və onların sürfəsi, leşlə qidalanırlar. Az hallarda boz ayı maral, qaban, sığın kimi iri heyvanları ovlayır. Hamiləlikləri 6-8 ay davam edir, 1-5 bala doğurlar. Südəmər dövrü 6-8 aydır. Həddi-büluğa isə 3-4 yaşlarında çatırlar.
Related categories: GameSalad Oil Painting